Hərbçilərin statusu haqda qanun hazırlanır

4 May 2021 11:39 (UTC+04:00)

““Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır”.

AzNews.az xəbər verir ki, bu barədə deputat Müşfiq Cəfərov parlamentdə məlumat verib.

O qeyd edib ki, hazırda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində layihə üzərində iş aparılır.