Hulusi Akardan Liviya səfərində Azərbaycana dəstək

4 May 2021 13:08 (UTC+04:00)

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar rəsmi səfərdə olduğu Liviyada Azərbaycanın Qarabağ zəfərindən danışıb.

AzNews.az bildirir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Türkiyəli nazir Azərbaycanın Qarabağı azad etdiyini və orada sülh və əmin-amanlıq yaratdığını vurğulayıb.

“Biz də haqlı mübarizələrində onların yanında olduq. Bundan sonra da sonadək orada olmağa davam edəcəyik”, - deyə Akar bildirib.