Şahdəniz və AÇG yataqlarının gəliri açıqlandı

4 May 2021 15:08 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında (01.01.2021-01.05.2021 tarixinə qədər) Azəri-Çıraq-Günəşli yatağından 1 437 milyon dollar gəlir əldə edilib.

Azərbaycan Dövlət Neft Fondundan AzNews.az-a verilən məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) qeyd olunan tarixə qədər 42,352 milyon dollar gəlir qazanılıb.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 42,352 milyon dollar təşkil edib.