Bu gün 20 minə yaxın şəxs peyvənd olunub

4 May 2021 17:31 (UTC+04:00)

Bu gün Azərbaycanda koronavirus əleyhinə 19 min 286 vaksin vurulub.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 4702, ikinci mərhələ üzrə 14584 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 536 min 328, birinci mərhələ üzrə vaksin olunanların sayı 980005 , ikinci mərhələ üzrə isə 556323 nəfər təşkil edir.