Mourinyo "Roma"nın baş məşqçisi oldu

4 May 2021 18:03 (UTC+04:00)

Portuqaliyalı məşqçi Joze Mourinyo İtaliyanın "Roma" futbol klubunun baş məşqçisi təyin olunub.

AzNews.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mourinyo 2021-22 mövsümündən etibarən "Roma"ya rəhbərlik edəcək.

Bu, onun İtaliyada ikinci işi olacaq. Mourinyo 2008-2010-cu illərdə Milan "İnter"inə rəhbərlik edib və iki İtaliya çempionluğunu, 2010-cu ildə Çempionlar Liqasını qazanıb.

Portuqaliyalı məşqçi ötən ay İngiltərənin "Tottenhem" klubundakı vəzifədən azad edilmişdi.