İranda təbii fəlakət: Azı 10 nəfər həlak olub

4 May 2021 18:12 (UTC+04:00)

İranda güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 10 nəfər həlak olub.

AzNews.az bildirir ki, bu barədə ILNA agentliyi xəbər verib.

Məlumata görə, təbii fəlakət İranın İsfahan, Yəzd, Cənubi Xorasan, Xorasan Rezavi, Kirman, Semnan, Tehran, Sistan və Bəlucistan vilayətlərini əhatə edib.

Ümumilikdə altı şəhərə və 47 kəndə zərər dəyib.

Yardım üçün 78 xilasetmə qrupu, xüsusi avtonəqliyyat və helikopterlər cəlb olunub. İran hökuməti zərərçəkmiş rayonlara humanitar yardım yollayıb.