Bu il 90 minə yaxın şagird məzun olur

4 May 2021 18:58 (UTC+04:00)

Bu il XI sinfi bitirəcək şagirdlərin sayı açıqlanıb.

AzNews.az-ın xəbərinə görə, Təhsil Nazirliyindən APA-ya bildirilib ki, bu il XI sinfi bitirəcək şagird sayının 83 280 nəfər olaraq proqnozlaşdırılır.

Eyni zamanda növbəti tədris ilində məktəbəhazırlıq qruplarına və birinci siniflərə proqnozlaşdırılan şagird sayı da açıqlanıb.

Nazirlikdən bildirilib ki, 2021-2022–ci tədris ilinə məktəbəhazırlıq qruplarına 117 176 nəfər, birinci siniflərə isə 158 608 nəfər şagirdin gedəcəyi proqnozlaşdırılır.