3 erməni hərbçi Irəvana enib

4 May 2021 21:49 (UTC+04:00)

Azərbaycanın Ermənistana qaytardığı 3 erməni hərbçi - Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı daşıyan təyyarə İrəvanın “Erebuni” hava limanına enib.

“Sputnik” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.

Erməni hərbçiləri Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov müşayiət edib.

Aznews.az