Hindistanda ilk dəfə olaraq, vəhşi heyvanlar arasında da koronavirusa yoluxma faktları aşkarlanıb.
“Times of India” nəşrinin məlumatına görə, Heydərabad şəhər zooparkında saxlanılan səkkiz şir COVID-19-a yoluxub.
Xatırladaq ki, Hindistan qlobal koronavirusa yoluxma statistikasına görə dünyada ikinci yerdədir. Hazırda ölkədə 20 milyondan çox insanın virusa yoluxduğu bildirilir.
AzNews.az