Daha bir baş redaktor ev “ovuna” çıxdı – DİDİŞMƏ

16 İyun 2013 11:37 (UTC+04:00)



KİVDF-nin tikdiyi binadan ev əldə etmək istəyi bir çox redaksiyalarda biabırçı mübahisələrə səbəb olub. Belə ki, evi olan jurnalistlərin və ya baş redaktorların müxtəlif üsullarla yeni evə sahib olmaq istəyi evsiz KİV nümayəndələrinin narazılığına səbəb olub.

AzNews.az-ın məlumatına görə, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas jurnalistlərə paylanacaq evlərin redaksiyalarda bölüşdürülməsi məsələsində isə bir qədər də qabağagedərək, ilkə imza atıb.

Belə ki, məlumata görə, baş redaktor "Paralel" qəzetinin redaksiyasından Mətbuat Şurasına göndəriləcək siyahıya qəzetdə işləyən oğlunun adını yazdırıb. Adı çəkilən qəzetdən MŞ-ə təqdim olunan siyahıdakı digər jurnalistin də T.Abbasın yaxın qohumu olduğu bildirilir.

Qeyd edək ki, daha öncə də AYB-nin rəsmi orqanı olan "Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalı MŞ-ə göndərilən siyahıya öz adını salmışdı.

Anar
AzNews.az