Nazir etirazçılardan evlərinə qayıtmalarını xahiş etdi

16 İyun 2013 13:18 (UTC+04:00)
Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Baxış polisin Taksim Gezi parkı aksiyalarına müdaxiləsindən sonrakı vəziyyəti dəyərləndirib.


Nazir bildirib: "Xüsusilə bu aksiyalara bu gün dəstək verən bütün vətəndaşlarımızdan xahiş edirəm ki, evlərinə dönsünlər. Dövlət bu saatdan etibarən orada olacaq hər kəsi terror təşkilatının üzvü kimi qəbul etmək məcburiyyətində qalacaq".

Qeyd edək ki, hazırda Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən İstanbul və Ankarada etirazlar davam edir, polis aksiyaçıların toplaşmasının qarşısını alır.

AzNews.az