Ərdoğan və Putin “Sputnik V”dən danışıb

5 May 2021 19:15 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı “Sputnik V” peyvəndinin Türkiyəyə çatdırılması mövzusunda da fikir mübadiləsi aparıblar.

Aznews.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bərabər regional məsələlər də müzakirə olunub.