Otlaq yandı: Bakı - Quba yolu bağlandı - FOTO

16 İyun 2013 13:18 (UTC+04:00)


Bakı-Quba yolunun üzərində yerləşən Zeynəlabdin Tağıyev qəsəbəsinin ərazisində böyük bir otlaq sahəsi yanır.

Hadisənin şahidi olan AzNews.az-ın əməkdaşının sözlərinə görə, hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin 5-6 yanğınsöndürən maşınları gəlib.

Yanğının miqyası o qədər böyükdür ki, yaranan tüstü Bakı-Quba yolunu həmin hissəsini bütövlükdə bağlayıb. Yolda irəliləyən maşınlar tüstüdən demək olar ki, görünmür. Sürücülər təhlükəli vəziyyətlə üzləşiblər.

Anar
AzNews.az