ABŞ Əfqanıstana əlavə hərbçilər göndərir

6 May 2021 09:46 (UTC+04:00)

“Əfqanıstandan çəkilmə prosesi davam edərkən, ölkəyə qüvvə qoruma və dəstək məqsədilə əlavə hərbçilər göndərməyi planlaşdırırıq və bölgədəki B-52 tipli nüvə tutumlu bombardman təyyarələrinin sayını altıya qədər artırmışıq”.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi keçirdiyi birifinqdə deyib.

O bildirib ki, daha əvvəl dörd təyyarə bölgəyə göndərilmişdi:

“Əlavə quru qüvvələri göndərmək üçün planlarımızı qurmuşuq. Çəkilmə prosesinin təhlükəsiz olmasından əmin olmaq üçün lazımi tədbirləri almağa davam edəcəyik”.