Müəllimlərin yerdəyişməsi ilə bağlı suallar cavablandırılacaq

6 May 2021 09:55 (UTC+04:00)

6 may saat 15:00-da "Vətəndaş saatı"nın növbəti yayımı olacaq.

Bu barədə AzNews.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu dəfə müəllimlərin yerdəyişməsi ilə bağlı ən çox müraciət edilən məsələlərə aydınlıq gətiriləcək, suallar cavablandırılacaq.

Qeyd edək ki, vətəndaşlar mövzu ilə bağlı sualları Təhsil Nazirliyinin feysbuk səhifəsində yaza bilərlər.