Bayram tətilində məhdudiyyət olacaq? - Rəsmi açıqlama

6 May 2021 12:19 (UTC+04:00)

"Qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq".

AzNews.az xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, yalnız ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: "Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır".