“Maska və sosial məsafə məcburidir”

6 May 2021 12:21 (UTC+04:00)

“Vaksinasiya olunmaq heç də digər qorunma vasitələrindən imtina etmək anlamına gəlməməlidir”.

AzNews.az xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, maska rejimi, sosial məsafə və digər gigiyenik qaydalar məcburidir: “Bu, bizim sağlamlığımız üçün zəruridir”.