Bu ölkədə peyvənd vurduranlara pul ödəniləcək

6 May 2021 13:25 (UTC+04:00)

Serbiya hökuməti peyvənd vurduran vətəndaşlara pul ödəyəcək.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, yaşı 16-dan olan hər kəs peyvənd vurdurarsa, onlara 25 avro pul ödəniləcək.

Ölkə hakimiyyəti mayın sonuna qədər əhalinin 55%-nin peyvənd olunmasını planlaşdırır.