Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi

6 May 2021 16:34 (UTC+04:00)

Onlayn Dünya Peyvənd Konqresində alimlər “Moderna” vaksininin koronavirusa qarşı ən yaxşı peyvənd olduğunu elan edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da və bir sıra digər ölkələrdə istifadə edilən lisenziyalı “Moderna” peyvənd reytinqində birinci olub.

“Moderna” peyvəndi eyni zamanda konqres təşkilatçıları tərəfindən “Ən Yaxşı Yeni Peyvənd Texnologiyası/Platforması” seçilib. Bu kateqoriyada da o, “BioNtech”, “Inovio”, “Janssen”, “Medicago”, “Novavax”, “Vaccitech” və “GeneOne Life Science” peyvəndlərini qabaqlayıb. Lakin qalibin hansı parametrlər əsasında seçildiyi göstərilməyib.