Dördqat Avropa çempionu intihar etdi

16 İyun 2013 14:58 (UTC+04:00)
Rusiyalı cüdo üzrə dördqat dünya çempionu Yelena İvaşşenko 28 yaşında faciəvi şəkildə dünyasını dəyişib.


Mərhum idmançı müxtəlif illərdə 4 dəfə Avropa çempionatlarında (2007, 2009, 2011, 2012 illərdə) 78 kq çəkidən artıq kateqoriyada qızıl medalın sahibi olmuşdu. Həmçinin 3 dəfə də (2007, 2008, 2011 illərdə) dünya çempionatının mükafatçısı olub. İlkin məlumata əsasən, Yelena İvaşşenko intihar edib. AzNews.az Dni.ru-ya istinadən xəbər verir ki, İvaşşenko yaşadığı və məşq etdiyi məkanın eyvanından özünü atıb.

Hazırda idmançının ölüm səbəbi ətraflı şəkildə istintaq tərəfindən araşdırılır.


Xəyalə
AzNews.az