Qətərin maliyyə naziri həbs olunub

6 May 2021 18:09 (UTC+04:00)

Qətərin maliyyə naziri Əli Şərif əl-İmadi həbs olunub.

Trend-in məlumatına görə, nazir vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunur.

Qeyd edək ki, Ə.Ş.əl-İmadi 2013-cü ikldən maliyyə naziri vəzifəsində işləyir. O, həmçinin "Qatar Airways" aviaşirkətinin prezidenti və Qətər Milli Bankının Direktorlar Şurasının sədridir.

Aznews.az