“Qəbələ“ daha bir hücumçunu heyətinə qatdı

16 İyun 2013 15:16 (UTC+04:00)
"Qəbələ" sıralarını daha bir futbolçu ilə gücləndirib.

Aznews.az klubun rəsmi saytına istinadla xəbər verir ki, "qırmızı-qaralar" nigeriyalı hücumçu Abdulvahid Afolabi ilə birillik müqavilə imzalayıb.

22 yaşlı forvard karyerası boyunca "Niger Tornados" (Nigeriya), "Tavriya" (Ukrayna) və "Kuban" (Rusiya) komandalarında top qovub.

Afolabi Nigeriya gənclər yığmasının üzvüdür.

Elvin
AzNews.az