Bu il açılacaq DOST mərkəzləri

7 May 2021 12:37 (UTC+04:00)

“Yaxın zamanda Bakıdan kənarda ilk DOST mərkəzi açılacaq. Bu, Abşeron rayonu Xırdalan şəhərində yerləşən 6 saylı Dost Mərkəzidir”.

AzNews.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Sosial saat” verilişində çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.

Onun sözlərinə görə, Bakıda 5 saylı Dost Mərkəzinin açılışı da planlaşdırılır:

“Bununla bütün paytaxt sakinləri mərkəzlərin xidmətləri ilə əhatə ediləcək. Yaxın gələcək üçün Bərdə və Quba Dost Mərkəzlərinin açılması gündəmdədir. Daha sonra planda Gəncə Dost Mərkəzinin açılması var”.