Azərbaycan sülhməramlılarını Əfqanıstandan çıxarır

7 May 2021 14:09 (UTC+04:00)

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır.

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində Əfqanıstanda fəaliyyət göstərən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.