Rusiyada koronavirusun müalicə təlimatı dəyişdi

7 May 2021 14:46 (UTC+04:00)

Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı yeni təlimatı açıqlayıb.

AzNews.az bildirir ki, bu barədə TASS xəbər yayıb.

Sənədə görə, “Hidroksixloroxin” COVID-19 müalicəsi üçün təyin olunan dərmanlar siyahısından çıxarılıb. Bunun əvəzinə bu siyahıya “immunoglobulin” əlavə edilib.

Ondan xəstəxanada müalicə alan xəstələrin müalicəsi üçün istifadə edilməsi tövsiyə olunub.

Ümumilikdə, “Yeni koronavirus infeksiyasının qarşısının alınması, diaqnozu və müalicəsinə dair müvəqqəti təlimat”ın 11-ci nəşrində beş dərman – “Favipiravir”, “Remdesivir”, “İnterferon-alfa”, COVID-19-a qarşı insan immunoglobulini, “Umifenover” dərmanlarının siyahısı verilib.

Eyni zamanda, COVID-19-un qarşısının alınması üçün “KoviVak” və “Sputnik Layt” dərmanları peyvənd siyahısına daxil edilib.