Qırğızıstan Tacikistanla sərhəddə yaşayan vətəndaşlarını təxliyə etdi

7 May 2021 15:06 (UTC+04:00)

Qırğızıstanın Tacikistanla sərhəddə yerləşən Batken bölgəsində su bəndin qismən zədələnməsi ilə əlaqədar 1500 sakin təxliyə edilib.

AzNews.az TASS agentliyinı istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumatda qeyd olunur ki, su bəndində baş verən sızma nəticəsində bir sıra kəndlərin su altında qalma təhlükəsi yaranıb.

Hazırda bənd ərazisində bərpa işləri aparılır.