Putinlə Netanyahu Suriyadakı vəziyyəti müzakirə etdilər

7 May 2021 16:58 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub. Tərəflər Suriyadakı vəziyyət daxil olmaqla beynəlxalq gündəmi müzakirə ediblər.

AzNews.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

“Suriyanın nizamlanması problemləri başda olmaqla beynəlxalq gündəmdəki bir sıra mövzulara toxunuldu. Binyamin Netanyahu İsrail tərəfinin Kiyev təmsilçiləri ilə təmasları haqqında məlumat verdi. Təhlükəsizlik şuraları, hərbi, xarici siyasət və iqtisadi şöbələr arasında dialoqun davam etdirilməsi barədə razılığa gəlindi”,- deyə açıqlamada qeyd olunub.