Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq

7 May 2021 17:54 (UTC+04:00)

Dünya Bankı Azərbaycanda yolların inkişafı üzrə layihəyə 65 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.

Bu barədə AzNews.az-a Dünya Bankından bildiriblər.

Qeyd olunub ki, bankın Direktorlar Şurası mayın 20-də "Regional əlaqələrin inkişafı" adlı yol layihəsini müzakirə edəcək. Bu layihə çərçivəsində 65 milyon dollar vəsaitin verilməsi planlaşdırılır.

Qeyd edək ki, 2001-ci ildən etibarən Dünya Bankı Azərbaycanda magistral yolların rekonstruksiyası üçün 1,1 milyard dollar məbləğində kredit ayırıb.