Bakı, Sumqayıt, Abşeronda əyani təhsil bərpa olunur

7 May 2021 19:54 (UTC+04:00)

Mayın 17-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə əyani formada təşkil ediləcək.

Təhsil Nazirliyindən verilən məlumata, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Aznews.az