Taksimdə ilk dəfə odlu silahdan atəş açıldı

16 İyun 2013 17:45 (UTC+04:00)
Dünən gecə Taksimdə keçirilən etaraz aksiyaları zamanı ilk dəfə odlu silahdan istifadə edilib.

Bu barədə İstanbul valisi Hüseyn Avni Mutlu açıqlama verib. Onun sözlərinə görə, aksiya iştirakçılarının açdığı atəş nəticəsində iki poils yaralınıb. Amma hazırda onların vəziyyəti yaxşıdır, xəstəxanada müalicə olunurlar.

Hüseyn Avni həmçinin müəyyən qrupların vətəndaşları qızışdırmaq üçün təxribatlara əl atdığını deyib. Onun sözlərinə görə, başqa istiqamətdə avtomobil qəzasında həlak olmuş bir uşağın şəklini sosial şəbəkələrdə yayaraq onun təzyiqlə su vuran avtomobilin altında qalması barədə yalan məlumatlar yayırlar.

Taksimdəki təhlükəszilik tədbirlərinin gün boyu davam edəcəyini deyən İstanbul valisi orada aksiya keçirilməsinə icazə verilməyəcəyini bildirib və vətəndaşları meydana gəlməməyə çağırıb.//anspress//

AzNews.az