İlham Əliyevin açıqlaması Tvitterdə rekord qırdı - Azərbaycana dünyadan dəstək

7 May 2021 23:34 (UTC+04:00)

44 günlük Vətən Müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsinin də önündə oldu. Onun dünyanın müxtəlif telekanallarına, saytlarına verdiyi müsahibələr bütün dünyada rezonans doğururdu.

Bəzi telekanalların əməkdaşları hətta müsahibədə özlərini prokuror kimi aparır, öyrədilmiş, təxribatçı suallar da ünvanlayırdılar.
Prezident İlham Əliyev isə onlara sözün əsl mənasında master-klass keçir, susdurur, yerində oturdurdu.
Prezident İlham Əliyevin müharibə dövründə BBC-yə verdiyi müsahibədən bir maraqlı hissə 5 mayda Tvitterdə yerləşdirilib.
https://twitter.com/ugrwah/status/1389869751560769536?s=24

“The BBC hadn’t prepared for this moment and it was beautiful” ("BBC bu an üçün hazırlaşmamışdı və çox gözəl idi") qeydi ilə yayılan, Prezidentin ötən ilin noyabrında BBC-yə vermiş olduğu müsahibədən bir parçaya Tvitterdə baxış sayı hazırda 3 milyon 3 minə yaxındır.

0cd8fab7-0898-4a53-a762-ec06ade675a6.jpg (276 KB)

Bu, çox yüksək bir göstəricidir və Azərbaycan Prezidentinin olduqca peşəkar bir siyasətçi kimi davranışına olan münasibətdir. Çox nadir hallarda hansısa siyasətçinin çıxışına bu dərəcədə maraq və baxış, izləmə olur.
İndiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib, bu cür rezonans doğurmayıb. Həmin açıqlamaya dünyanın müxtəlif ölkələrindən rəylər yazılır, Azərbaycana dəstək ifadə olunur.
Yayılan parçada BBC-nin əməkdaşı müharibə ilə bağlı sualları dayandırır və müharibə gedən ölkədə insan haqları, demokratiya ilə bağlı qərəzli sual verir. Cavab isə möhtəşəm olur.

unnamed (1).jpg (43 KB)

Prezident İlham Əliyev deyir:

- Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?
- Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.
- Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.
- Yox, Prezident Əliyev.
- Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.
- Münaqişəyə qayıdaraq...
- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.
- Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.
- Bu, sizin xoşunuza gəlmir.
- Bu, xoşa gəlmək məsələsi deyil.
- Siz buna öyrəşməmisiniz.
- Bu, bizim müsahibənin mövzusu deyil.
- Çünki siz ancaq hücum etməyə adət etmisiniz…

Bu dialoqa yazılan şərhlərin əksərində Azərbaycan Prezidenti və dövlətimiz müdafiə olunur, Ali Baş Komandanın cavabının yerində və konkret arqumentlərə əsaslandığı bildirilir.

Onlardan bir neçəsini təqdim edirik:
Koko nikli tvitter istifadəşisi rəydə yazıb: “Gözəl ... Qərbin açıq qərəzi. ABŞ seçkilərində Donald Trump ilə olduğu kimi olduğu kimi sosial şəbəkələrdə də senzuranın olduğunu bilirik.” (Beautiful...the open bias of the West. We know there is censorship on social media as witnessed in the US elections as in the the case with Donald Trump.)

Benzi Benzio isə yazıb ki, “Azərbaycan Prezidentinin bu cavabı hamıya xidmət etmirmi?”
Akarim nikli istifadəçi isə Azərbaycan Prezidentindən bir daha müsahibə alarkən diqqətli olmağı tövsiyyə edir.

Read Ludwig isə bu parçanı dinlədikdən sonra Azərbaycan Prezidentinin müsahibəsinin tam mətnini tapıb dinləməyin faydalı olduğunu bildirir...

Ümumiyyətlə, rəylərin əksəri pozitivdir.

Eyni zamanda Prezidentin çıxışı və izlənmədə rekord qırması erməniləri o qədər qəzəbləndirib ki, onlar paylaşımın altında öz amplualarına uyğun saxtakar davranışlar sərgiləməkdən başqa bir iş görə bilmirlər./musavat.com/