Dənizə düşən şəxs xilas edildi

16 İyun 2013 18:00 (UTC+04:00)
Qayıqdan dənizə düşən şəxs xilas edilib.

AzNews.az FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda, ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) gəzinti qayığından dənizə düşərək üzə bilməməsi səbəbindən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

AzNews.az