Fici sahillərində güclü zəlzələ baş verib

8 May 2021 13:25 (UTC+04:00)

Seysmoloqlar Fici sahillərində 6 bal gücündə zəlzələnin baş verdiyini qeydə alıblar.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Levuka şəhərindən 340 kilometr şərqdə, ocağı isə 392 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.