30 nəfərin işdən çıxarıldığı polis idarəsində yeni təyinat

8 May 2021 09:54 (UTC+04:00)

Nazirin əmri ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Füzuli Əhmədov işdən çıxarılıb.

Digər əmrlə F.Əhmədov Suraxanı RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Bu postu isə daha əvvəl Famil Vəliyev tuturdu. O, ötən ilin sentyabrında təyin edildiyi bu vəzifədə 6 ay xidmət apara bildi. Bu ilin mart ayında isə vəzifəsindən çıxarılaraq Nizami RPİ-yə göndərildi.

Qeyd edək ki, bir neçə ay öncə Suraxanı rayon Polis İdarəsində aparılan kompleks yoxlamadan sonra 30-dan çox yüksək rütbəli şəxs nöqsanlara görə işdən uzaqlaşdırılmışdı. (Qafqazinfo.az)