Dövlət Vergi Xidmətində 2 yeni baş idarə yaradılıb

8 May 2021 10:08 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) ləğv edilib.

AzNews.az xəbər verir ki, onun bazasında 2 yeni baş idarə - Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) Baş İdarəsi və İnzibati şikayətlərə baxılması Baş İdarəsi yaradılıb.

Bununla da, Dövlət Vergi Xidmətinin tərkibindəki strukturların sayı 27-yə çatıb.