Jurnalistlərin Füzuliyə səfəri başlayıb

8 May 2021 10:32 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Füzuli rayonuna növbəti səfəri başlayıb.

ANAMA əməkdaşları tərəfindən 30 ilə yaxın düşmən taptağı altında qalmış ərazilərimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, minaların aşkarlanaraq zərərsizləşdirilməsi nümayiş olunacaq. (report)