Türkiyə Böyük Millət Məclisi bəyanat yayıb

8 May 2021 11:15 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisi (TBMM) Latviya parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasını pisləyən bəyanat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bəyanatda bildirilib ki, TBMM 6 may 2021-ci il tarixində Latviya parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasına dairqanunsuz, hüquqi əsası olmayan qərarını rədd edir və şiddətlə qınayır.

“Tarixi hadisələri qınamaq və hökm vermək parlamentin vəzifəsi deyil. Bu qərar hüquqdan kənardır”, - deyə bəyanatda qeyd olunub.