8 yaşlı dərmansəpən qurğunun arasında qaldı

8 May 2021 12:42 (UTC+04:00)

Qubada 8 yaşlı məktəbli dərmansəpən qurğunun arasında qalaraq xəsarət alıb.

Hadisə rayonun Hacıqayıb kəndində baş verib.

Belə ki, kənd sakini Zamiq Rəşad oğlu Harunov atasına məxsus traktora qoşulmuş dərmansəpən aparata ilişib. Məlumata görə, 8 yaşlı uşağın şalvarı işlək vəziyyətdə olan dərmansəpən qoşqunun hərəkətverici qurğusuna ilişib və qurğu onu bir neçə dəfə qaldıraraq yerə çırpıb. Nəticədə uşağın daxili orqanları zədələnib. Bundan başqa, uşağın hər iki əli və sağ ayağı əzilib.

Z.Harunov Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.