Azərbaycanda yoluxma yenə azaldı

8 May 2021 14:37 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16810 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 244, ötən müddət ərzində isə ümumilikdə 3 321 511 test aparılıb.