MN: Vətən müharibəsində 19 hərbçi itkin düşmüş sayılır - SİYAHI

8 May 2021 14:58 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində itkin düşmüş hesab olunan 19 hərbi qulluqçunun tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

MN-dən verilən məlumata görə, itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Qeyd edək ki, MN Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçulardan mayın 8-dək dəfn edilən 2895 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat açıqlayıb.

A