Nazir: "Təhsil Nazirliyi əyani tədrisə qayıtmağın tərəfdarıdır"

8 May 2021 15:13 (UTC+04:00)

“Bəzi insanlar üçün ənənəvi tədrisə qayıdış düzgün, bəziləri üçün isə yanlış qiymətləndirilir”.

Aznews.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda bildirib.

O deyib ki, Bakı, Sumqayıt, Abşeron, Şəki və Gəncə şəhərlərində yoluxma sayına görə tədris distant formaya keçirilmişdi, qalan bölgələrdə isə ənənəvi tədris davam edirdi: “Təhsil Nazirliyi mümkün olduğu təqdirdə əyani tədrisə qayıtmağın tərəfdarıdır”.