Nazir: "Yekun qiymətləndirmənin əyani formada keçirilməsi nəzərdə tutulub"

8 May 2021 20:16 (UTC+04:00)

Aznews.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, burada təbii ki, pandemiya şəraitində olan vəziyyət düzgün qiymətləndiriləcək: "Çalışacağıq ki, kiçik və böyük summativləri birləşdirib bir dəfə yekun qiymətləndirmə edib, yarımillik qiyməti çıxaraq".