Britaniyada son sutkada koronavirusdan 5 nəfər ölüb

8 May 2021 22:07 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 2047 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 433 090 nəfərə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 5 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 603 nəfərə çatıb.