AQTA TƏBİB-in tabeliyindəki müəssisələrdə yoxlamalar həyata keçirir

8 May 2021 22:16 (UTC+04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində xəstələrin qidalanma rejiminin təşkili, təmin olunan ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar–gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunmasının qiymətləndirilməsi məqsədilə cari ilin aprel ayından etibarən yoxlamaların həyata keçirilməsinə başlanılıb.

Bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Aznews.az