“Qılınc gücünə də olsa Gezi parkını boşaldacağıq“

16 İyun 2013 19:10 (UTC+04:00)
Gezi parkı bir qrup insanın deyil, bütün millətin parkıdır.


Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda keçirilən mitinqində çıxışı zamanı deyib.

Ərdoğan bildirib: "Biz söyləyəcəyimizi demokratik yollarla söyləyərik".

Baş nazir çıxışında xarici KİV-ləri tənqid edib: "Fəaliyyətini yalan üzərində quran xarici KİV-lər Türkiyə xalqını fərqli göstərməyə çalışır. Bu millət sizin dünyaya təqdim etdiyiniz millət deyil. Türkiyədə nələr olduğunu görmək istəyən bu mitinqə baxsın".

Ərdoğan artıq səbrinin daşdığını qeyd edib: "Mən etirazçıların nümayəndələrinə xəbərdarlıq etdim ki, Gezi parkını boşaldın. Əks təqdirdə, terror təşkilatlarına rəğmən, qılınc gücünə də olsa bu parkı boşaldacağıq".

AzNews.az