DİN yanında İctimai Şuraya 15 nəfər seçiləcək

8 May 2021 23:33 (UTC+04:00)

DİN yanında İctimai Şuranın say həddi müəyyənləşdi

Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərlə bağlı yaradılmış Komissiyanın 7 may 2021-ci il tarixdə iclası keçirilmişdir

Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərlə bağlı yaradılmış Komissiyanın 7 may 2021-ci il tarixli iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.5-ci bəndinə uyğun olaraq şuranın üzvlərinin say həddi məsələsinə baxılaraq 15 üzvdən ibarət olması barədə qərar qəbul olunmuşdur.

AzNews.az