Bakıda əlbəyaxa davada bir nəfər bıçaqlanıb

8 May 2021 23:38 (UTC+04:00)

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə “Nəsimi bazarı” kimi tanınan ərazidə qeydə alınıb.
1995-ci il təvəllüdlü Babazadə Eyyub Elman oğlu tanışı ilə əlbəyaxa dava edib. Mübahisə zəminində o, bıçaqlanıb.
Yaralı 3 nömrəli klinik xəstəxanaya yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırır./Apa/