Türkiyədə 6 terrorçu zərərsizləşdirilib

8 May 2021 23:59 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Türkiyənin güc strukturlarının keçirdiyi birgə əməliyyat nəticəsində bir neçə terrorçu zərərsizləşdirilib.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir tvitterdəki hesabında əməliyyatın Mardin əyalətində keçirildiyini xəbər verib. O, 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Süleyman Soylu qeyd edib ki, birgə əməliyyat jandarm, polis tərəfindən keçirilib