ABŞ-da atışma: 3 nəfər yaralandı

9 May 2021 11:23 (UTC+04:00)

ABŞ-ın Florida ştatında “Aventura Mall” ticarət mərkəzində baş verən atışma nəticəsində üç nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, bu barədə yerli polisin “Twitter” səhifəsində bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına görə, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.