Türkiyə səfiri Azərbaycan xalqını təbrik etdi

9 May 2021 12:10 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

AzNews.az xəbər verir ki, səfir bununla bağlı Tvitter səhifəsində yazıb:

"Azərbaycan xalqını 9 may - Faşizm üzərində qazanılan qələbənin 76-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, qardaş Azərbaycana sülh, əminamanlıq və xoş gələcək arzulayıram".